"Mançester Yunayated" "Ayaks"ın futbolçusu Castin Klyuverti transfer etmə istəyir.
Qol.az-ın xəbərinə görə, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo artıq Patrik Klyuvertin oğlu ilə danışıq aparıb.
18 yaşlı hücumçu "Tottenhem"in də maraq dairəsindədir.
Qeyd edək ki, Kluyvert bu mövsüm Hollandiya çempionatında 14 oyuna 5 qol vurub.