[b]UEFA və FİFA danışıqlara başladı[/b]
07 noyabr 2017 20:44 (UTC +04:00)

[b]UEFA və FİFA danışıqlara başladı[/b]

0

UEFA və FİFA Millətlər Liqasının bütün dünya üzrə keçirilməsi ilə bağlı danışıqlara başlayıblar. Apasport.az saytının xəbərinə görə, bu barədə UEFA-nın mətbuat xidmətindən BBC-yə məlumat veriblər.

 

Bildirilib ki, artıq turnirin mümkün reqlamenti də müzakirə olunur.

 

Qeyd edək ki, Avropa Millətlər Liqası həm də AÇ-2020-yə vəsiqə verəcək. Belə ki, yarışlar 4 divizionda keçiriləcək və bu divizionlarda hərəsində 4 komanda olan 4 qrup olacaq. Hər qrupun qalibi Avropa çempionatına vəsiqə qazanacaq.

 

Bundan əlavə, həmin dörd komanda bir üst diviziona da çıxacaq. Həmin divizionda ən pis nəticə göstərəcək 4 komanda isə aşağı diviziona yuvarlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar