<b>Şəhriyar Məmmədyarov dünyanın ikinci ən güclü şahmatçısı oldu</b>
02 noyabr 2017 06:46 (UTC +04:00)

Şəhriyar Məmmədyarov dünyanın ikinci ən güclü şahmatçısı oldu

0

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, o, belə uğura imza atan ilk azərbaycanlı şahmatçı olub.

 

Bu gün Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra Ş.Məmmədyarov əmsalını 2801,5 çatdırıb. Bununla da, o, erməni Levon Aronyan (2799,9) və amerikalı Fabiano Karuananı (2799). qabaqlayıb

 

Hazırda Məmmədyarov yalnız dünya çempionu, norveçli Maqnus Karlsendən (2837) geri qalır.

 

Qeyd edək ki, bundan əvvəl heç bir azərbaycanlı şahmatçı FİDE reytinqində belə yüksək pilləyə qalxmamışdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar