“Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Maykl Kerrik 2017/18-ci il mövsümü başa çatdıqdan sonra karyerasını başa vuracaq.
APA-nın xəbərinə görə, bu barədə “Sky Sports”a klubun baş məşqçisi Joze Mourinyo bildirib.
Onun sözlərinə görə, 36 yaşlı futbolçu klubun məşqçilər heyətində yer alacaq.
2006-cı ildən “Mançester Yunayted”in şərəfini qoruyan M.Kerrik 314 matçda meydana çıxıb və 17 dəfə rəqib qapılarına yol tapıb.