<b>Klublararası dünya çempionatının finalçıları bilindi</b>
13 dekabr 2017 23:34 (UTC +04:00)

Klublararası dünya çempionatının finalçıları bilindi

0

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının finalçıları müəyyənləşib.

 

APA-nın xəbərinə görə, "Real" ikinci yarımfinal matçında Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cazira" klubunu 2:1 hesabı ilə məğlub edib.

 

Madridlilərin heyətində  Kriştiano Ronaldo (53 dəq.) və Qaret Beyl (81), ev sahiblərinin heyətində Romarinyo fərqlənib (41).

 

Beləliklə, Zinəddin Zidanın yetirmələri dekabrın 16-da həlledici görüşdə Braziliyanın "Qremio" klubu ilə qarşılaşacaqlar. 

 

Xatırladaq ki, ötən gün "Qremio" Meksikanın "Paçuka" klubu üzərində minimal hesablı qələbə qazanıb - 1:0.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar