<b>"Qarabağ" ilk qələbəsini qazandı</b>
31 oktyabr 2017 20:49 (UTC +04:00)

"Qarabağ" ilk qələbəsini qazandı

Bu gün Gənclər Liqasının Çempionlar Liqası yolunda IV turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan U-19 Liqasının qalibi olan “Qarabağ” II dövrədə ilk oyununa çıxıb.

 

Buna qədər keçirdiyi 3 görüşdə böyük hesabla uduzan Ağdam təmsilçisi İspaniyada “Atletiko” ilə qarşılaşıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “uğursuzluq zolağı”ndan çıxmağı bacarıb.

 

Səfərdə keçirdiyi ilk turda “Çelsi”yə 0:5, ardınca ev matçlarında “Roma”ya 0:3, “Atletiko”ya 1:5 hesabı ilə uduzan “Qarabağ” rəqib meydanında 2-ci sınağında Madrid təmsilçisini minimalhesabla məğlub edib.

 

Qarşılaşmanın 45-ci dəqiqəsində Yaroslav Dedanın vurduğu qol matçda yeganə olub.

 

 

Gənclər Liqası

C qrupu, IV tur

31 oktyabr

"Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 0:1

Qol: Yaroslav Deda, 45

 

Baş hakim: Stefan Klossner

Majadahonda. Siudad Deportiva Serro Del Espino

 

"Roma" - "Çelsi" - 1:2

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar