"Qalatasaray"ın əfsanəvi başçılarından olan Professor Əli Tanrıyar vəfat edib.
Lent.az-ın "Sozcu"yə istinadən xəbərinə görə, 103 yaşlı Əli Tanrıyar müalicə olunduğu xəstəxanada həyatla vidalaşıb.
1914-ci ildə Yunanıstanın Kavala şəhərində dünyaya gələn Əli Tanrıyar 1986 - 1990-cı illərdə "Qalatasaray" prezidenti olub.
1986-ci ildə maliyyə çətinlikləri yaşayan "Qalatasaray" klubunun başçısı vəzifəsinə gələn Əli Tanrıyar tezliklə klubun maliyyə vəziyyətini düzəldib, UEFA Kubokunu qazanacaq komandanın təməlini yaradıb.