[b]"Beşiktaş" ÇL-in 1/8 finalında[/b]
21 noyabr 2017 23:17 (UTC +04:00)

[b]"Beşiktaş" ÇL-in 1/8 finalında[/b]

0

İstanbulun "Beşiktaş" futbol klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib.

 

APA-nın xəbərinə görə,  "Beşiktaş"  beşinci matçda doğma meydanda "Portu" ilə 1:1 hesablı heç-heçə edərək xallarının sayını 11-ə çatdırıb və  "G" qrupunda liderliyini rəsmiləşdirib.

 

İstanbullular qrup mərhələsinin sonuncu turunda səfərdə "Leypsiq" komandası ilə qarşılaşacaq.

 

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

21 noyabr

 

G qrupu

 

“Beşiktaş” (Türkiyə) - “Porto” (Portuqaliya) - 1:1

Qollar: Talişka, 41 - Felipe, 29 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar