“Qarabağ” – “Metallurq” matçının başlama saatı açıqlandı
04 iyul 2013 10:21 (UTC +04:00)

“Qarabağ” – “Metallurq” matçının başlama saatı açıqlandı

Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” və Makedoniyanın “Metallurq” komandaları arasında iyulun 11-də keçiriləcək cavab görüşünün başlama saatı müəyyənləşib. Bu barədə Lent.az-a oyunun baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov məlumat verib.

 

Onun sözlərinə görə, qarşılaşmanın start fiti saat 21:00-da çalınacaq. Oyunu çexiyalı baş hakim Radek Matejek idarə edəcək.

 

Qeyd edək ki, iyulun 2-də Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş ilk matçda “Qarabağ” qalib gəlib – 1:0.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215
avatar

Oxşar yazılar