21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını keçirəcək. Apasport.az “Neftçi”nin rəsmi saytına istinadən xəbər verir ki, bu klubun 2 üzvü yığmaya dəvət olunub.
Belə ki, Almaniya və Kosovo ilə keçiriləcək seçmə mərhələ oyunlarına paytaxt klubundan Elnur Cəfərov və Anton Krivotsyuk da çağırılıblar.
U-21 yığmamız noyabrın 9-da Almaniya, 14-də isə Kosovo ilə "Dalğa Arena”da üz-üzə gələcək.