“Beşiktaş”da xorvatiyalı futbolçu
23 dekabr 2017 16:09 (UTC +04:00)

“Beşiktaş”da xorvatiyalı futbolçu

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” xorvatiyalı müdafiəçi Domaqoy Vida ilə anlaşıb.

 

İstanbulda klub rəhbərliyi ilə görüşən futbolçu müqavilənin son detallarını razılaşdırıb və yeni komandasının forması ilə şəkil də çəkdirib. Tərəflər yaxın günlərdə rəsmi müqaviləni imzalamağa qərar veriblər.

 

Vida yeni klubuna yanvarın 3-də, Antalya toplanışında qoşulacaq. Xorvatiyalı “Beşiktaş”a hələ yayda keçməyə yaxın olsa da, müqavilə ilə məxsus olduğu Kiyev “Dinamo”su transfer məsələsində türkiyəlilərlə razılığa gələ bilməmişdi. Bu üzdən Domaqoy ilin sonunda müqaviləsinin başa çatmasını gözləməyə qərar vermişdi.

 

Qeyd edək ki, 28 yaşlı mərkəz müdafiəçisi 2013-cü ildən Ukraynada Kiyev “Dinamo”sunun şərəfini qoruyurdu. O, bu klubda 161 oyun keçirib və 13 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Oxşar yazılar