Madridin “Atletiko” klubu “Barselona”nı FİFA-ya şikayət edib. Apasport.az saytının məlumatına görə, bu barədə “Marka” nəşri xəbər yayıb.
Bildirilib ki, paytaxt təmsilçisi kataloniyalıların Antuan Qrizmanla icazəsiz danışıqlar aparmasından narazıdır. Belə ki, “transfer pəncərəsi” açılmamışdan fransız oyunçu ilə əlaqə yaradan və komandaya gəlməsi üçün razı salmağa çalışan “Barselona”ya bu hərəkəti baha başa gələ bilər.
Hətta sözügedən hərəkət təkrarlansa, klub transfer qadağası ilə üzləşmək təhlükəsi yaşayacaq.
Ötən günlərdə “Barselona” prezidenti Joze Bartemeu futbolçu və ailəsi ilə görüşmüş, onu komandaya dəvət eləmişdi. İspaniya mətbuatı iddia edir ki, katalonlar fransız oyunçunun müqaviləsindəki sərbəst qalma məbləğini ödəməyə hazırdı.
Qeyd edək ki, Antuan Qrizmanın “Atletiko”ya 2014-cü ildə “Real Sosyedad”dan keçib.