“Avro-2016”-nın ən gözəl qolu
13 iyul 2016 21:16 (UTC +04:00)

“Avro-2016”-nın ən gözəl qolu

Macarıstan millisinin yarımmüdafiəçisi Zoltan Gera Fransada keçirilən futbol üzrə Avropa çempionatının ən gözəl qolunun müəllifi olub.

 

Bu barədə Oxu.Az Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytına istinadən xəbər verir.

 

Futbolçu Portuqaliya ilə matçın (3:3) 19-cu dəqiqəsində cərimə meydançasından kənardan vurduğu güclü zərbə ilə topu Rui Patrisionun qoruduğu qapıdan keçirib.

 

Sonrakı yerlərə müvafiq olaraq Cerdan Şakiri, Kriştiano Ronaldo və Hela Robson-Kanunun vurduğu qollar layiq görülüb.

 

Qeyd edək ki, Macarıstan yığması “F” qrupunda beş xal toplayaraq 1/8 final mərhələsinə adlamışdı. Burada Bernd Ştorkun yetirmələri belçikalılara 0:4 hesabı ilə məğlub olmuşdular.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Oxşar yazılar