20 yaşlı futbolçu xərçəngdən öldü
24 dekabr 2017 21:20 (UTC +04:00)

20 yaşlı futbolçu xərçəngdən öldü

“Boavişta”nın hücumçusu Edu Ferreyra bu gün vəfat edib. Apasport.az saytının məlumatına görə, bu barədə klub tvitter hesabından açıqlama verib.

 

Gənc oyunçuya ötən il xərçəng xəstəliyi diaqnozu qoyulmuşdu. 20 yaşlı oyunçu xəstəliyini öyrənən kimi futbol karyerasını bitirmiş onkoloji problemləri ilə məşğul olmağa başlamışdı.

 

Qeyd edək ki, 2017-ci ilin dekabrında klubu ona mənəvi dəstək vermək üçün simvolik olaraq müqaviləsinin müddətini 2017/18 mövsümünün sonuna kimi uzatmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346
avatar

Oxşar yazılar