Məşhur idman nəşri “GiveMeSport” tarixin ən zəngin boksçularının reytinqini dərc edib.
Lent.az adıçəkilən nəşrə istinadla bildirir ki, “xalis dəyər” göstəricisi əsas götürülür.
Bu, idmançının sərvətinin miqdarını göstərən "xalis dəyər" və ya "xalis kapital" adlanır. "Xalis dəyər" borclar və öhdəliklər çıxılmaqla mülkiyyətdə olan bütün əmlakın dəyəri kimi hesablanır.
Reytinqə keçmiş dünya çempionu Floyd Meyvezer başçılıq edir. Onun sərvəti 400 milyon dollar qiymətləndirilir.
İkinci yeri 300 milyon dollar kapitalla Meyvezerdən heç də az əfsanəvi olmayan Corc Forman tutur.
Maraqlıdır ki, ağır çəkidə ukraynalı çempion Aleksandr Usik reytinqdə özünə yer tapmayıb. Bununla belə, onun hazırkı rəqibi ilk 10-luqdadır - 65 milyon dollar kapitalla britaniyalı Tayson Fyuri.
Tarixin ən varlı boksçularının reytinqi (GiveMeSport versiyası)