Tanınmış futbolçu koronavirusdan vəfat etdi
03 fevral 2021 18:14 (UTC +04:00)

Tanınmış futbolçu koronavirusdan vəfat etdi

İranın tanınmış futbolçusu Əli Ənsarian yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib. 

APA-nın Tehran bürosunun xəbərinə görə, Ə. Ənsarian İranda koronavirusdan vəfat edən ikinci tanınmış futbolçudur. 

Qeyd edək ki, Əli Ənsarian uzun müddət Tehranın “Persepolis” klubunda çıxış edib. O, bir neçə gün öncə ağır vəziyyətdə Tehranda yerləşən klinikalardan birinə yerləşdirilib.  

Xatırladaq ki, ötən həftə İranın futbol üzrə yığmasının sabiq üzvü Mehrdad Minavənd də COVID-19-dan vəfat edib.

 

# 2592
avatar

Oxşar yazılar