"Əl Hilal" futbol klubunun ulduzu Neymar sevgilisi üçün ulduz alıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu sevgilisi Bruno Biankardiyə doğum hədiyyəsi olaraq göydən 4,5 milyon avro dəyərində ulduz hədiyyə edib.
Qeyd edək ki, məşhur futbolçu ötən həftə zədələnib. Onun 7 ay meydanlardan uzaq qalacağı açıqlanıb.