Şenol Günəş bu ölkə millisinin  baş məqşçisi   olmaq istəyir
22 fevral 2024 12:18 (UTC +04:00)

Şenol Günəş bu ölkə millisinin baş məqşçisi olmaq istəyir

2023-cü il oktyabrın 6-da  qarşılıqlı razılaşma əsasında “Beşiktaş”tan ayrılan Şenol Günəşin hansı komandanı çalışdırmaq istədiyi bəlli olub. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, təxminən 4,5 aya yaxındır işsiz qalan 71 yaşlı Şenol Günəşin heyəti Cənubi Koreyanın dövlət televiziyası KBS ilə əlaqə saxlayıb və onun millidə yer almaq istədiyini açıqlayıb.

KBS-nin xəbərinə görə, Cənubi Koreya Futbol Federasiyasından məşqçilik təklifi olsa, Şenol Günəşin bunu qəbul edəcəyi vurğulanıb. Günəşin köməkçisi Şeref Çiçəyin Koreya dilini öyrənməyə başladığı bildirilib. Bununla belə, alman futbolçu Yurgen Klinsmannla yollarını ayıran Uzaq Şərq ölkəsinin yerli məşqçi axtarışında olduğu açıqlanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9150
avatar

Oxşar yazılar