Sahibi “Mançester Yunayted”ə bu futbolçuların trasferini  qadağan etdi
30 may 2024 19:04 (UTC +04:00)

Sahibi “Mançester Yunayted”ə bu futbolçuların trasferini qadağan etdi

“Mançester Yunayted”in yeni sahibi Cim Retkliff  klub üçün beş transfer qaydası müəyyən edib. 

Lent.az bildirir ki, bu barədə “The Sun” xəbər verir.

Mənbənin məlumatına görə, 71 yaşlı milyarder 25 yaşdan yuxarı super ulduzlar və futbolçularla müqavilə imzalamağı qadağan edib. Mankunianlıların oyun tərzini indi klubun texniki direktoru Ceyson Uilkoks təyin edəcək və heyət bu şəkildə gücləndiriləcək: məşqçi gücləndirilməli olan mövqenin adını çəkir və klub rəhbərliyi ona potensial transfer üçün üç futbolçu təklif edir. .

Keçən ilin dekabrında Retkliff  “Mançester Yunayted” dəki payını 27,7 faizə çatdırıb və klubun idarə heyətinə daxil olub. Onunla birlikdə klubun futbol fəaliyyətinə nəzarəti ələ keçirən “Ineos” kimya şirkətinin bir neçə nümayəndəsi var.

"Mançester Yunayted" ötən mövsümü Premyer Liqanı turnir cədvəlində səkkizinci yerdə başa vurub ki, bu da klubun 1990-cı ildən bəri çempionatdakı ən pis nəticəsidir. Eyni zamanda mankunianlılar İngiltərə kubokunu qazanaraq növbəti mövsüm üçün Avropa Liqasına vəsiqə qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Oxşar yazılar