Səudiyyə Ərəbistanın futbol çempionatında 12-ci turunun matçında "Əl-Nəsr" doğma meydanda "Əl-Xəlic" klubu üzərində qələbə qazanıb.
Lent.az xəbər verir ki, Ər-Riyadın “Əl-Əvval Park” stadionunda baş tutan görüş 2:0 hesabı ilə başa çatıb.
Qolları Kriştiano Ronaldu və Aymerik Laport vurub.
38 yaşlı portuqaliyalı üçün bu qol 30 yaşından sonra karyerasında 400-cü qol olub.
Ümumilikdə onun aktivində 863 qol var.
Bununla da "Əl-Nasr" məğlubiyyətsizlik seriyasını 10 görüşə çatdırıb. Ronaldunun komandası 28 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 10 xalla “Əl-Xəlic” 15-ci yerdədir.
Ronaldu yanvarın 2-də “Əl-Nasr”ın futbolçusu olub. Klubla bağladığı müqaviləyə əsasən, o, ildə 200 milyon avro alır. Portuqaliyalı və ailəsi üçün əlavə bonusların olduğu da bildirilir.
Ronaldu beşqat “Qızıl top”un sahibidir.