Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı futbol çempionatının oyuunda maraqlı anlar yaşayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, oyunun 64-cü dəqiqəsində "Əl-Nəsr"in hücumçusu Ronaldo ənənəvi olaraq cərimə zərbəsini yerinə yetirərkən top operatorun başına dəyib.
Həmin anlar kameralarda əks olunub.
Qeyd edək ki, portuqaliyalı idmançının komandası “Əl-Rayeda” ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.