Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldo məhkəməyə verilib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ vətəndaşı Ketrin Mayorqa Kriştiano Ronaldonun ona təcavüz etdiyini iddia edir.
Xatırladaq ki, Mayorqa ilk dəfə 2018-ci ildə Las-Veqasda portuqaliyalı futbolçunun ona təcavüz etdiyini iddia edib.
Onun sözlərinə görə, hadisə 2009-cu ildə baş verib. Bundan sonra Ronaldo Mayorqaya 375 min dollar ödəyib.