Ronaldo Avro-2024-də  oynamaq istəyir
21 sentyabr 2022 17:53 (UTC +04:00)

Ronaldo Avro-2024-də oynamaq istəyir

Daha bir veteran futbolçu beynəlxalq karyerasını bitirmək istəmədiyini, hətta millidə oynamağa davam etməyi planlaşdırdığını bildirib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, daha əvvəl bu istəyi “Real”ın futbolçusu Luka Modriç də bildirmişdi. Xorvatiya millisinin kapitanı “Avro-2024”də millidə çıxış etməyi planlaşdırır.

İndi daha bir 37 yaşlı futbolçunun da eyni istəyi məlum olub.

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo, hələ də ən yüksək səviyyədə çıxış etmək ehtirası olduğunu və ölkəsinə daha çox kömək etmək istədiyini söyləyib.

"Daha bir neçə il millinin bir hissəsi olacağıma ümid edirəm. Hələ də motivasiyam var, ambisiyalarım yüksəkdir. Milli komanda ilə yolum hələ bitməyib.

Bizim çoxlu yaxşı gənc futbolçularımız var. Dünya çempionatında olacağam və Avropa çempionatında da milinin heyətinə düşmək istəyirəm”, - Ronaldo vurğulayıb.

Xatırladaq ki, 2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. “Avro 2024” Almaniyada keçiriləcək, seçmə turnirin püşkü oktyabrın 9-da atılacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Oxşar yazılar