Santyaqo Solari
30 dekabr 2020 10:12 (UTC +04:00)

Santyaqo Solari

“Real”ın keçmiş baş məşqçisi “Amerika” klubunda

Madrid “Real”ının keçmiş baş məşqçisi Santyaqo Solari karyerasını Meksika klubunda davam etdirəcək.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 44 yaşlı mütəxəssis “Amerika” klubunu çalışdıracaq.

“Amerika” Solarinin rəhbərliyi ilk oyununu yanvarın 9-da keçirəcək.

Xatırladaq ki, Solari oyunçu karyerası zamanı – 2009-2010-cu illərdə Meksikanın “Atlante” klubunda çıxış edib.

# 1350
avatar

Oxşar yazılar