“Real” Bellinqemin transferini razılaşdırıb? 
03 may 2023 19:19 (UTC +04:00)

“Real” Bellinqemin transferini razılaşdırıb? 

"Real" Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellinqemin transferi ilə bağlı razılığa gəlməyə yaxındır.

Lent.az xarici mediaya istinadən bildirir ki, Bellinqem də Madridə keçmək qərarına gəlib. "Mançester Siti" və "Liverpul" bunu bilirlər, bu səbəbdən futbolçu uğrunda mübarizədə iştirakdan imtina ediblər.

Məlumata görə, tərəflər Bellinqemlə bağlı danışıqları yekunlaşdırmağa yaxındırlar. Müqavilə yalnız danışıqlarda gözlənilməz fikir ayrılıqları ilə pozula bilər. Əgər bu baş verməsə, o zaman iyunun 30-dan sonra Cude "Real”ın futbolçusu olacaq və 2029-cu ilə qədər müqavilə imzalayacaq.

“Real” müqavilə üçün 100-120 milyon avro xərcləməyi gözləyir. Madrid klubu həm "Borussiya", həm də futbolçu ilə razılığa çox yaxındır. Müqavilə şərtləri hələ yekunlaşmayıb, lakin danışıqlar yaxşı gedir.

Bellinqem 2020-ci ildə “Birminqem”dən “Borussiya”ya 25 milyon avroya keçib.

Bu mövsüm 19 yaşlı yarımmüdafiəçi Dortmund təmsilçisində 40 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Oxşar yazılar