“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov ustalığını nümayiş etdirib.
Lent.az xəbər verir ki, o, Finlandiyada “HİK”lə oyun öncəsi məşqdə topu qeyri adi trayektoria ilə qapıdan keçirib.
Baş məşqçinin bu qolu sosial şəbəkədə insanların böyük marağına səbəb olub.
Xatırladaq ki, "Qarabağ" bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.
"Bolt Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FİFA referisi Villi Delajod idarə edəcək.
Qeyd edək ki, ilk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.