"Qalatasaray"ın Mauro İkardi ilə bağlı qərarı
08 avqust 2025 12:39 (UTC +04:00)

"Qalatasaray"ın Mauro İkardi ilə bağlı qərarı

"Qalatasaray"da zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxan argentinalı hücumçu Mauro İkardinin gələcəyi ilə bağlı proses davam edir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Qalatasaray"ın prezidenti Dursun Özbek və idarə heyəti ulduz hücumçu Mauro İkardi ilə yeni müqavilə imzalamaq üçün hərəkətə keçəcək. 

Zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxan və bir neçə həftədən sonra meydançaya qayıdacağı gözlənilən təcrübəli hücumçunun mövsümün sonunda başa çatacaq müqaviləsinin iki il uzadılmasının planlaşdırıldığı bildirilir. 

İkardinin əhəmiyyətli bir marka və lider olduğuna inanan “sarı-qırmızılar”, buna görə də onun davam etməsinin vacibliyini vurğulayırlar.

2023-cü ildə Fransanın PSJ komandasından 10 milyon avroya transfer edilən və sponsorluqlar xaric 6 milyon avro xalis maaş ödənilən ulduz oyunçuya planlaşdırılan yeni müqavilədə eyni məbləğin təklif ediləcəyi bildirilir.

25 qol və 8 məhsuldar ötürmə ilə 2023-24 liqa çempionluğunda önəmli rol oynayan İkardi ötən mövsüm “sarı-qırmızılılar”ın heyətində 14 oyunda iştirak edib. Təcrübəli futbolçu 6 qol vurub, 1 məhsuldar ötürmə edib


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar