Osimhenlə bağlı "Qalatasaray" azarkeşlərini  üzəcək   xəbər
09 iyul 2026 18:52 (UTC +04:00)

Osimhenlə bağlı "Qalatasaray" azarkeşlərini üzəcək xəbər

0

"Qalatasaray"dakı çıxışı ilə Avropa futbolunda tez-tez xəbər başlıqlarına çıxan Viktor Osimhen yenidən transfer şayiələrinin mövzusudur. 

Lent.az bildirir ki, İspaniya mediasında yayılan xəbərə görə, La Liqa nəhəngi "Barselona" nigeriyalı hücumçu ilə əlaqəyə keçib və "Qalatasaray"a mürciət etməyə hazırlaşır. 

Həm Super Liqada, həm də Avropa yarışlarında dominant oyunu, sonluq qabiliyyəti və yüksək fiziki gücü sayəsində "Qalatasaray" azarkeşlərinin sevimlisinə çevrilən Osimhen hələ də böyük klubların radarındadır. 27 yaşlı nigeriyalı ulduz üçün son transfer iddiası İspaniyadan gəlib. 

İspaniya mediasındakı iddialara görə, "Barselona" növbəti mövsüm üçün heyətini planlaşdırmağa davam edərək hücum xəttini lider, atletik və məhsuldar hücumçu ilə gücləndirməyi hədəfləyir. Bildirilir ki, Kataloniya klubunun texniki heyəti və transfer komitəsi bu profilə mükəmməl uyğun gələn Osimheni əsas hədəfləri kimi müəyyən edib. "Barselona" rəhbərliyinin artıq oyunçunun bazar dəyəri, potensial transfer haqları və maaş gözləntiləri ilə bağlı ətraflı sənəd hazırladığı deyilir. 

Xəbərin ən diqqət çəkən tərəfi "Barselona"nın strategiyasıdır. Transfer şərtlərini birbaşa öyrənmək və nəbz yoxlamaq üçün İspaniya nəhənginin rəhbərləri tezliklə birbaşa "Qalatasaray" rəhbərliyi ilə görüşəcəklər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar