Onlar “Barselona”nın Çempionlar Liqasındakı növbəti oyununu buraxacaq  - ADLAR
20 yanvar 2026 16:42 (UTC +04:00)

Onlar “Barselona”nın Çempionlar Liqasındakı növbəti oyununu buraxacaq - ADLAR

0

“Barselona” Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda Praqa “Slaviya”sına qarşı keçiriləcək oyunu buraxacaq futbolçuların siyahısını yayımlayıb.

Lent.az xəbər verir ki, qarşılaşma çərşənbə günü, yanvarın 21-də baş tutacaq.

“Rafinya həkimlərdən icazə aldı, lakin Ferran Torres sağ ayağının yarım pərdəvari əzələsindən zədə alıb və oyunda iştirak edə bilməyəcək. Gözlənilən bərpa müddəti təxminən 10 gündür,” — deyə blauqrana klubunun sosial şəbəkə X-dəki hesabı məlumat verir.

Daha əvvəl Rafinya sağ bud nahiyəsindən aldığı zədə səbəbindən La Liqanın 20-ci turunda “Real Sosyedad”la oyunu buraxmışdı. Katalonlar həmin qarşılaşmada 1:2 hesabı ilə məğlub olmuşdular.

Cari mövsümdə “Barselona”nın cinah hücumçusu klubun heyətində 18 oyunda meydana çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar