Neymar millinin düşərgəsinə helikopterlə   gəldi - VİDEO
28 may 2026 10:24 (UTC +04:00)

Neymar millinin düşərgəsinə helikopterlə gəldi - VİDEO

0

Neymar ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatına hazırlıq məqsədilə Braziliya millisinin düşərgəsinə qoşulub.

Lent.az xəbər verir ki, “Santos”un hücumçusu məşq bazasına şəxsi helikopteri ilə gəlib. Futbolçunun gəliş anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Helikopterdən endikdən sonra Neymar milli komandanın bazasında görünüb. O, Karlo Ancelotti və yığmadakı komanda yoldaşları ilə qucaqlaşıb.

2026-cı il dünya çempionatının qrup mərhələsində futbol üzrə Braziliya millisi Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.

Neymar Braziliya millisinin tarixində ən çox qol vuran futbolçudur. Onun hesabında milli komandanın heyətində vurduğu 79 qol var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar