"Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.
Klubdan Lent.az-a verilən məlumata görə, 30 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 23-də evdə Şimali Makedoniya, 26-da isə səfərdə Cəbəllütariq ilə matçlara çağırılıb.
Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 45 oyun keçirib.