"Neçə ildir bunun həsrətində idik" - Qurban Qurbanov
21 dekabr 2023 16:50 (UTC +04:00)

"Neçə ildir bunun həsrətində idik" - Qurban Qurbanov

"Xankəndi stadionunda olduğumuz üçün həddindən artıq sevincliyəm. Neçə il bunu həsrətlə gözləyirdik".

Lent.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür edib: 

"Şəhidlərimizin qəhrəmanlığı sayəsində buradayıq. Xalqımıza hər zaman sağlam və xoşbəxt olmağı arzulayıram. Bu matçda həyəcan var idi. Son saniyələrdə qolun vurulması maraqlı alındı. Rəqib sonadək mübarizə apardı. Onları təbrik edirəm".

Qurbanov MOİK-dən bu cür əzmkar mübarizə gözləmədiyini söyləyib: "Qapımız önündə bir neçə qol epizodları da yaratdılar. Oyunçularımız həyəcanlı olduqları üçün özlərini tam göstərə bilmədilər. Kubok matçlarını burada keçirmək istəyirik. Finala kimi getsək, burada oynamağı planlaşdıra bilərik. Gələcəkdə bu yöndə addımlar atılacaq. Cənab Prezidentin əsl azərbaycanlı kimi bir siyasəti var. "İmarət" stadionunu Ağdama geri qaytarmaq istəyir. Belə diqqət ayırdığına görə təşəkkür edirəm. Böyük məmnuniyyətlə orada oynayarıq. Həmçinin MOİK-in belə mübarizə aparması gələcəyə ümid verir. Onlar da bu gün tarixə düşdülər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3123
avatar

Arzu Qurbanlı

Oxşar yazılar