Azərbaycan futboluna ağır itki üz verib.
Lent.az xəbər verir ki, milli komandanın sabiq üzvü Şəhriyar Rəhimov vəfat edib.
Son olaraq “Səbail”də çıxış edən Rəhimov 2022-ci ilin fevralında səhhətində yaranan problemə görə karyerasını bitirib. Mərhum futbolçu karyerası ərzində “Rəvan”, AZAL, “Karvan”, “Zirə” kimi klublarda çıxış edib.
Qeyd edək ki, o, millinin heyətində də olub və doqquz oyunda forma geyinib.