Mən hələ də müsəlman olaraq  qalıram – Mayk Tayson
13 noyabr 2024 19:46 (UTC +04:00)

Mən hələ də müsəlman olaraq qalıram – Mayk Tayson

Ağır çəkili əfsanəvi boksçu hələ də müsəlman olaraq qaldığını bildirib.

Mayk Tayson 1991-ci ilin noyabrında başlayan məhkəmə prosesindən əvvəl müsəlman olduğunu deyib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o zaman amerikalı idmançı zorlamada günahlandırılıb və Tayson 6 il həbs cəzasına məhkum edilib.

“Məhkəmədən çox əvvəl İslamı qəbul etdim. O, mənim həqiqi imanıma çevrildi. Mən hələ də müsəlmanam və həmişə də olacam. Həyatın özü, varlığım üçün imanıma ehtiyacım var. İman olmadan heç bir şeyiniz yoxdur. Mən tamamilə hər şey üçün dua edirəm - ailəm üçün, hətta küçəni keçməzdən əvvəl,” – Tayson vurğulayıb.

Tayson noyabrın 15-də Texasın Arlinqton şəhərində boks axşamı keçiriləcək blogger Ceyk Polla döyüşün hazırlıqlarını tamamlayır. Döyüş əvvəlcə iyulun 20-nə təyin edilmişdi, lakin Taysonun xorasının pisləşməsi səbəbindən təxirə salınmışdı.

Tayson və Pol arasındakı döyüş peşəkar statusa malik olacaq və hər iki boksçuya hesablanacaq. Bu, Taysonun 2005-ci ildən bəri ilk peşəkar döyüşü olacaq. Onun 58 döyüşü var, bu döyüşlərdə 50 qələbə qazanıb (44-ü nokautla), altı məğlubiyyət və iki uğursuz döyüş.

Cek Pol 11 döyüş keçirib və bu döyüşlərdə bir məğlubiyyətlə 10 qələbə (7 nokaut) qazanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar