Fransa prezidenti Emmanuel Makron PSJ-nin hücumçusu Kilian Mbappedən klubda qalmasını xahiş edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu xahişin PSJ ilə müqaviləsi səbəbilə olduğu öyrənilib. Makron Mbappedən Paris 2024 Olimpiya Oyunlarına qədər PSJ-də qalmağı xahiş edib.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2018-ci ildən PSJ-də çıxış edir. Onun komanda ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.