Luka Modriç çətin vəziyyətdədir. “Milan” xorvatiyalı futbolçunun müqaviləsini uzatmaqda tərəddüd edir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, insayder Nikolo Skira bildirib ki, Modriç Dünya çempionatından sonra karyerasını başa vurmağı düşünür.

Lukanın uzun müddətdir ki, "B planı" var. Yarımmüdafiəçi "Real"dan ayrılarkən klub prezidenti Florentino Peres Modriçin sonda komandaya qayıtmasını təklif edib.
"Real" xorvatiyalı oyunçunu qolları açıq qarşılamağa hazırdır. Ona klub daxilindəki rolunu və mövqeyini seçmək hüququ veriləcək.
Modriç "Real"in əfsanəsidir. Xorvatiyalı oyunçu 13 il "Kral klubu"nda oynayıb və klubla birlikdə altı Çempionlar Liqası titulunu qazanıb.