Kriştiano Ronaldo DÜNYA REKORDÇUSU  oldu
24 iyun 2021 04:17 (UTC +04:00)

Kriştiano Ronaldo DÜNYA REKORDÇUSU oldu

Kriştiano Ronaldo dünya futbol tarixinin rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu Portuqaliya yığmasındakı qol sayını 109-a çatdırıb.

O, buna AVRO-2020-nin Fransa ilə matçındakı dublla imza atıb. Ronaldo millidəki qol sayında dünya rekordçusu iranlı Əli Daeiyə çatıb.

Hər iki futbolçu öz yığmasında 109 dəfə fərqlənib. Ronaldo daha bir qol vursa, mütləq rekordçu olacaq.

# 1782
avatar

Oxşar yazılar