Leopoldo Luke, Argentina millisinin keçmiş futbolçusu
17 fevral 2021 19:41 (UTC +04:00)

Leopoldo Luke, Argentina millisinin keçmiş futbolçusu

Koronavirusa yoluxan dünya çempionu öldü

Argentina millisinin keçmiş futbolçusu və 1978-ci ildə dünya çempionu olan Leopoldo Luke 72 yaşında koronavirusdan ölüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, məşhur oyunçuya 2020-ci il dekabr ayının sonunda COVID-19 diaqnozu qoyulub.

Həkimlər Lukeyə evdə qalmağı tövsiyə ediblər. Ancaq yanvar ayının əvvəlində keçmiş idmançının xəstəxanaya yerləşdirilməsi vacib olub. Lukeyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Fevralın 15-də xəstəxanada ölüb.

Ölümün argentinalının səhhətindəki problemlərdən ortaya çıxdığı qeyd olunur. Hələ 2005-ci ildə Luke infarkt keçirib. Ağciyər xəstəliyindən də əziyyət çəkirmiş.

Luke Argentina tarixinin ən məşhur hücumçularından biri idi.

1978-ci il Dünya Kubokunda çempion komandanın liderlərindən biri idi. Lukenin hesabında Dünya Kubokunun finalında vurulan dörd qol var.

Luke argentinanın “River Pleyt” və Braziliyanın “Santos” klublarında çıxışı ilə də məşhurlaşmışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1491
avatar

Oxşar yazılar