İtaliya millisi Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatında Tunis yığmasını əvəz edə bilər.
Lent.az bildirir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Bundan əvvəl FİFA-nın Tunisi hökumətin ölkənin futbol işlərinə qarışması səbəbindən dünya çempionatından kənarlaşdıra biləcəyi barədə məlumat yayılmışdı. Bu, Tunisin gənclər və idman naziri Kamel Deqişanın Tunis Futbol Federasiyasını ləğv edə biləcəyinə eyham vuran sözlərindən sonra baş verib.
Tunis millisi uzaqlaşdırılarsa, 2022-ci il dünya çempionatındakı yerini FİFA milli komandaları reytinqində ən yüksək yeri tutan komanda kimi İtaliya millisi tuta bilər.
DÇ-2022-də Tunis yığması Danimarka, Avstraliya və Fransa ilə eyni qrupda oynayacaq.
Qeyd edək ki, daha əvvəl BMT səfiri FİFA-nı DÇ-2022-də İran millisini İtaliya ilə əvəzləməyə çağırmışdı.