İlkayın "Qalatasaray"dan maaş tələbi  üzə çıxdı
04 iyun 2025 19:46 (UTC +04:00)

İlkayın "Qalatasaray"dan maaş tələbi üzə çıxdı

İlkay Gündoğanın transferi üçün "Qalatasaray"ın maaş danışıqları davam edir. Gündoğanın maaş tələbinin 8 milyon avro olduğu və "Qalatasaray"ın bu rəqəmi 6 milyon avroya endirərək təcrübəli yarımmüdafiəçini transfer etməyi hədəflədiyi bildirilib.

Superliqa nəhəngi "Qalatasaray"da İlkay Gündoğanla bağlı israrlar davam edir. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, komanda ilə İlkay Gündoğan arasında maaş danışıqları ilə bağlı yeni iddia ortaya atılıb. 

Bildirilir ki, “Qalatasaray” 34 yaşlı futbolçu ilə əlaqə saxlayıb və maaş danışıqlarına başlayıb. İlkay Gündoğanın "Qalatasaray"da oynamaq istədiyi və maaşının 8 milyon avro olduğu bildirilirib. 

Qeyd edilir ki, “Qalatasaray” bu rəqəmi 6 milyon avroya endirməklə təcrübəli yarımmüdafiəçini heyətinə qatmağı hədəfləyib. İlkay Gündoğan bu mövsüm "Mançester Siti"də meydana çıxdığı 50 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782

Oxşar yazılar