"İnter Mayami" MLS-in adi mövsüm oyununda "Atlanta"ya 1:3 hesabı ilə uduzub.
Lent.az-ın xarici mediaya istinadən məlumat verir ki, məğlub komandanın yeganə qolunu Lionel Messi vurub.
Beləliklə, Messi son 2 ildə ilk dəfə qol vura bildiyi oyunda məğlub oldu.
Sonuncu dəfə bu, Qətərdə keçirilən dünya çempionatında Argentinanın Səudiyyə Ərəbistanına məğlub olduğu (1:2) oyunda olub.