Futbolçu  oyun vaxtı   öldü
11 noyabr 2023 21:56 (UTC +04:00)

Futbolçu oyun vaxtı öldü

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” klubunun hücumçusu Rafael Dvamena oyun vaxtı həyatını itirib.

Lent.az xəbər verir ki, qanalı forvard Albaniya Superliqasının XIII turunda bu gün “Partizani”yə qarşı keçirilən matçın 24-cü dəqiqəsində huşunu itirərək yerə yıxılıb.

28 yaşlı oyunçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun ürəktutmadan öldüyü bildirilib.

Rafael Dvamenanın ürəyinə 2020-ci ildə kardioverter-defibrillyator cihazı quraşdırılıb.

Qeyd edək ki, Vüsal İsgəndərli cari mövsümün əvvəlindən “Eqnatiya” komandasında çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5171

Oxşar yazılar

PSJ Çempionlar Liqasını qazandı

PSJ Çempionlar Liqasını qazandı

1 iyun 2025 , 01:03
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

31 may 2025 , 22:08
"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon  verir

"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon verir

31 may 2025 , 16:04
Dövrün ən güclü boksçularının  adını çəkdi

Dövrün ən güclü boksçularının adını çəkdi

31 may 2025 , 11:37
Qvardiola niyə özbək oyunçunu meydana buraxmır?  - Səbəbi bu imiş...

Qvardiola niyə özbək oyunçunu meydana buraxmır? - Səbəbi bu imiş...

31 may 2025 , 09:42
"Fənərbaxça" Duşan Tadiçlə  yollarını ayırdı

"Fənərbaxça" Duşan Tadiçlə yollarını ayırdı

30 may 2025 , 21:42
“Liverpul” bu futbolçu üçün 130 milyon  verir

“Liverpul” bu futbolçu üçün 130 milyon verir

30 may 2025 , 19:52
“Barselona”nın sabiq məşqçisi bu klubdan QOVULDU

“Barselona”nın sabiq məşqçisi bu klubdan QOVULDU

30 may 2025 , 17:42