İspaniya La Liqasının Yarışlar üzrə komitəsi “Atletiko”nun müdafiəçisi Stefan Saviç və “Barselona”nın hücumçusu Ferran Torresi iki oyunluq diskvalifikasiya edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
Futbolçular 16-cı turun “Atletiko” – “Barselona” oyununda (0:1) qırmızı vərəqə aldıqları üçün əlavə cəza verilib. Saviçlə Torres oyunun əsas vaxtında əlbəyaxa dava ediblər və qırmızı vərəqə alıblar.
Xatırladaq ki, "Barselona" 16 oyunda 41 xal toplayıb və turnir cədvəlində birinci yeri tutur. “Atletiko” 27 xalla beşinci yerdədir.