Danimarka milli komandasının sabiq qapıçısı Lars Höq 2018-ci ilin tutulduğu xərçəng xəstəliyindən 62 yaşında vəfat edib.
Danimarka millisinin formasını 8, 1977-ci ildən futbolla vidalaşdığı 2000-ci ilə qədər “Odense” klubunun formasını 817 dəfə yenilənməz rekordla qoruyan Höqün ölüm xəbəri ölkədə böyük kədərə səbəb olub.
1994-cü ildə “Odense”nin qapısını qorumaqla “Real”ı UEFA Kubokundan kənarlaşdırmaqla dünyanı şoka salan Höq möcüzəvi qurtarışları ilə qarşılaşmada böyük rol oynamışdı.