“Çelsi” və “Betis” finalın bir addımlığında
02 may 2025 01:05 (UTC +04:00)

“Çelsi” və “Betis” finalın bir addımlığında

0

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.

Lent.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki görüş baş tutub.

“Betis” öz meydanında “Fiorentina”nı qəbul edib. Gərgin keçən qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Musa Qurbanlının sabiq komandası “Yurqorden” isə “Çelsi”ni sınağa çəkib. İngiltərə təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.

Qeyd edək ki, tərəflər arasında cavab oyunları mayın 8-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2704

Oxşar yazılar