“Çelsi” onun üçün  120 milyon   təklif etdi
30 yanvar 2023 19:41 (UTC +04:00)

“Çelsi” onun üçün 120 milyon təklif etdi

"Çelsi" Enzo Fernandes üçün yeni təklif edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, London klubu "Benfika"ya bonussuz 120 milyon avro təklif edib. 

“TyC Sports”un jurnalisti Sezar Luis Merlo yazır ki, transfer baş tutarsa, London klubu bu məbləği altı tranşda ödəyəcəklər.

Transferlə bağlı qərarı şəxsən Portuqaliya klubunun prezidenti Rui Koşta verəcək. Daha əvvəl onun yalnız 120 milyon dərhal ödəniləcəyi təqdirdə futbolçunu buraxmağa hazır olacağı bildirilirdi.

Enzo bu Portuqaliya çempionatında 17 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə verib. 

# 1881
avatar

Oxşar yazılar