Bu futbolçuya Azərbaycana gəlməmək  məsləhət görüldü - həbs oluna bilər
27 fevral 2024 16:39 (UTC +04:00)

Bu futbolçuya Azərbaycana gəlməmək məsləhət görüldü - həbs oluna bilər

Amsterdamda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə qiyabi məhkum olunmuş Moskva “Spartak”ının hücumçusu Kuinsi Promsa ekstradisiya riski səbəbindən Azərbaycanda keçiriləcək yoldaşlıq görüşünü buraxmaq tövsiyə olunub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə onun vəkili İqor Buşmanov açıqlamasında qeyd edib.

Buşmanov bildirib ki, martın 23-də yerli "Neftçi" ilə "qırmızı-ağ" matçının keçirilməli olduğu Bakıya səfər əcnəbi futbolçu üçün mənfi nəticələrə səbəb ola bilər. “Promesin cinayət işlərində qarşılıqlı yardım və axtarışda olan şəxslərin ekstradisiyası ilə bağlı Hollandiya ilə razılaşması olan heç bir ölkəyə getməməsi məsləhətdir”, o qeyd edib.

Qeyd edək ki, fevralın 14-də Amsterdam məhkəməsi Promesi qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edib. Məlumata görə, 2019-cu ildə oyunçu surinamlı narkotik alverçisi Piet Uartelə məxsus böyük bir kokain partiyasının daşınmasında iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3738
avatar

Oxşar yazılar