Baş məşqçinin keçmiş və indiki arvadları  dalaşdı: huşunu itirdi
18 avqust 2026 19:14 (UTC +04:00)

Baş məşqçinin keçmiş və indiki arvadları dalaşdı: huşunu itirdi

0

Misir millisinin baş məşqçisi Hossam Hassan keçmiş və indiki həyat yoldaşı arasında kafedə baş verən dava zamanı huşunu itirib.

Lent.az xəbər verir ki, qadınlar arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. 

Hadisə yerinə polis əməkdaşları gəlib. Hər iki qadının xəsarət aldığı bildirilir.

60 yaşlı Hossam Hassan isə vəziyyəti nəzarətə ala bilməyib və güclü həyəcan səbəbindən huşunu itirib.

Məşqçinin ikinci həyat yoldaşının vəkili bildirib ki, Hassan üç övladının anası olan birinci həyat yoldaşından boşanıb.

Hossam Hassan 2024-cü ildən Misir millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib və burada Argentina yığmasına 2:3 hesabı ilə məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar