21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Milan Obradoviç AVRO-2023-ün seçmə mərhələsinin ilk matçları üçün heyəti müəyyənləşdirib.
Yığmamız sentyabrın 2-də Xorvatiya, beş gün sonra Avstriyanın qonağı olacaq. Obradoviç səfər matçlarına çağırdığı futbolçuların adlarını açıqlayıb.
“Neftçi”dən dəvət olunan Mert Çelik, Asim Əlizadə, Vüsal Əsgərov və “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı komandasının Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qoşulacaq.
Qeyd edək ki, millimiz hazırlıq məqsədilə avqustun 22-dən 29-dək Bakıda təlim məşq toplanışı keçirəcək.
1 |
Nicat Mehbalıyev |
Qəbələ |
2 |
Rüstəm Samiqullin |
Sabah |
3 |
Əkpər Vəliyev |
Keşlə |
4 |
Rauf Hüseynli |
Zirə |
5 |
Arsen Ağcabəyov |
Sabah |
6 |
Rüfət Əhmədov |
Qəbələ |
7 |
Bəşir Ayralov |
Zaqatala |
8 |
Cəlal Hüseynov |
Zirə |
9 |
Mert Çelik |
Neftçi |
10 |
Elçin Mustafayev |
Keşlə |
11 |
Səbuhi Abdullazadə |
Sumqayıt |
12 |
Asim Əlizadə |
Neftçi |
13 |
Şakir Seyidov |
Sabah |
14 |
Ədilxan Qarəhmədov |
Səbail |
15 |
Veysəl Rzayev |
Sabah |
16 |
Fərid Yusifli |
Neftçi |
17 |
Turan Vəlizadə |
Keşlə |
18 |
Rüfət Abdullazadə |
Sumqayıt |
19 |
Vüsal Əsgərov |
Neftçi |
20 |
İsmayıl Zülfüqarlı |
Neftçi |
21 |
Camal Cəfərov |
Sabah |
22 |
Kamran Quliyev |
Sabah |
23 |
Musa Qurbanlı |
Qarabağ |
24 |
İbrahim Hüseynov |
Qarabağ |