Azərbaycan millisi tarixində 5-ci dəfə rəqib avtoqoluna sevinib.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, yubiley Millətlər Liqasının VI turuna təsadüf edib.
Qazaxıstanla ev görüşündə Aleksandr Maroçkin “Dalğa Arena”dakı azarkeşləri sevindirib. O, yığmamızın 3:0 hesablı qələbəsinin təməlini ilk topla qoyub.
Bunadək rəqiblərimiz 4 dəfə avtoqol müəllifi olmuşdu. Ümumiyyətlə 5 belə qoldan 4-ü ev, 1-i səfər matçına təsadüf edib.
Millimiz evdə qonaqların avtoqolunu gördüyü bütün oyunlarda uduzub. Bunlardan biri Gəncə, üçü Bakıda gerçəkləşib.
Millimizlə oyunda rəqib avtoqolları
25 may 1993. Gəncə. YO. Azərbaycan – Gürcüstan 1:0 (Nuqzar Lobjanidze)
10 oktyabr 2014. Palermo. AÇ. İtaliya – Azərbaycan 2:1 (Corco Kyellini)
17 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova 2:1 (Katalin Karp)
4 sentyabr 2017. Bakı. DÇ. Azərbaycan – San-Marino 5:1 (Miçel Çevoli)
25 sentyabr 2022. Bakı. ÜML. Azərbaycan – Qazaxıstan 3:0 (Aleksandr Maroçkin)